Təcrübəli komanda

Problem və tələblərinizi operativ səkildə həll etmək ücün bu sektoru yaxından təqib edirik

Bizimlə daha da yaxşı bir gələcək..

Biz ekoloji bir dunya ucun calışırıq.



Bizim “AZGERSU” MMC şirkəti  Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq Bakı şəhəri Vergi Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 01.04.2013-сü ildə qeydiyyata alınmışdır.

Şirkətin təsisçisi və direktoru Məmmədov Vüsal Təşkilat oğludur.

Bu xidmətlər şirkətimiz tərəfindən şirkətin Nizamnaməsi və Azərbaycan Şirkətimiz Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin qadağan olmayan müxtəlif növlü kommersiya fəaliyyəti ilə məşğuldur. Lakin, fəaliyyətimizin əsas istiqaməti neft məhsulları və müxtəlif zərərli (toksik) kimyəvi maddələrlə çirklənmiş sənaye çirkab suların təmizlənməsi və istehsal prosesi nəticəsində hasil olan toksik maddələrin ütilizasiyası üzrə sənaye müəssisələrinə xidmətlər göstərməkdən ibarətdir.

Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş, toksiki istehsalat tullantılarının utilazasiyasına dair Lisenziyalar əsasında (Sonuncu Lisenziya № EL-560/2018 25 dekabr 2018-ci ildə verilmişdir. - (Əlavə № 1)) yerinə yetirir.

Tərəfimizdən yerinə yetirilən bu tip xidmətlərə misal olaraq Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (AİOC) ilə bağlanmış C-08-AİOC-158133 №-li Müqavilə əsasında göstərilmiş xidmətləri misal göstərmək olar. Bu Müqavilə əsasında, işlədiyimiz müddətdə yüz minlərlə kub metr lay suların təmizlənməsi və utilizasiyası xidmətləri göstərmişik.

Hal-hazırda bu profilli işlərin yerinə yetirilməsi üçün şirkətimizin ixtiyarında gündəlik məhsuldarlığı 1300 m3 - dək olan, bütün mümkün toksik və kimyəvi maddələrlə (eyni zamanda neft məhsulları ilə) çirklənmiş sənaye çirkab suların təmizlənməsi üçün, bütün hazırkı standartlara və texniki şərtlərə cavab verən, müvafiq təmizləyici avadanlıqlarla təchiz olunmuş xüsusi istehsalat sahəsi vardır.

Bundan başqa, qarşımıza qoyulan vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün yüksək ixtisaslı və bilikli işçi personalı və bütün zəruri texniki vasitələr və mal-materiallar (kimyəvi reagentlər) imkanlarımız da mövcuddur. Qeyd olunan istehsalat sahəsində, çirkab suların təmizlənməsi üzrə, aparılan texnoloji proseslərin qısa təsviri ilə buradakı əlavə materiallarla tanış ola bilərsiniz (Əlavə № 2).

Bundan başqa, şirkətimiz müxtəlif sənaye müəssisələrinə istənilən mühəndis-texniki xidmətləri də göstərmək imkanına malikdir.

Belə ki:

✔ Müxtəlif istehsal sahələrinin (xətlərin, sexlərin, zavodların və s.) layihələndirilməsi;

✔ Texniki Şərtlərin (TŞ), mühəndis-konstruktor sənədlərin (mühəndis-texniki layihələrin) işlənib-hazırlanması;

✔ Tam (və ya qismən) hazır texniki layihələr əsasında müasir (innovasiyalı) avadanlıqların (qurğular, maşın və mexanizmlərin) seçilməklə alınıb-çatdırılması, yerlərdə onların sifariş yerlərində quraşdırılması, yerli işçi personalının öyrədilməsi və s.; 

✔  İstehsal müəssisələrinin mühəndis-texniki məsələlərinin (problemlərinin) yerindəcə həlli;  

✔  İstehsal proseslərinin avtomatlaşdırılması, Proqram Təminatı xidmətlərinin göstərilməsi.   

Mövcud istehsalat imkanlarımızı nəzərə alaraq, sənaye çirkab suların təmizlənməsi və yüxarıda qeyd olunan digər xidmət sahələrində, qarşılıqlı mənfəət götürmək və əməkdaşlıq prinsipləri əsasında, biz öz xidmərlərimizi marağı olan hər bir müəssisəyə-şəxsə təklif edirik.   

“AZGERSU” MMC olaraq gələcəkdə bizə etibar edələcək bütün işlərin-sifarişlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə zəmanət veririk.   

   фильмы бесплатно