Müxtəlif zərərli maddələrlə (o cümlədən neft məhsulları ilə) çirklənmış istehsal tullantı suların flotasiya metodu əsasında təmizlənməsi prosesinin qısa təsviri.
Neft quyularından hasil olan lay suları müvafiq terminallarda xüsusi çənlərə yığılır. Bu çənlərdəki sular çənli avtomobillər vasitəsilə ya birbaşa, ya da çən vaqonlarına vurularaq, dəmir yolu vasitəsi ilə şirkətin su təmizləyici stansiyasına daşınır.
Suların qəbulu (boşaldılması) təmizləyici qurğuların texnoloji prosesinin tələblərinə uyğun olaraq həyata keçirilir.
Qeyd olunan su təmizləyici stansiyada çirkab suların qəbulu və boşaldılması üçün tələb olunan bütün zəruri texniki vasitələr (əlavə dəmir yol xətləri, estakadalar, müvafiq su nasosları, birləşdirici şlanqlar, ventillər və sairə) mövcuddur. (Əlavə № 4, səh.1)
Stansiyasının ərazisində daşınan çirkab suların qəbulu üçün tutumu 1000 m3 olan, bu həcmdə suyun tələb olunan təmizləmə texnoloji tsiklinin texniki (həcmi - konstruktiv) tələblərinə tam uyğun olan, çən (rezervuar) nəzərdə tutulmuşdur (Əlavə № 4, səh.4)
Suyun təmizlənməsi texnoloji tsikli (Əlavə № 4, səh. 2 və səh 3) onun birləşdirici boru (Ø 159 mm) vasitəsi ilə mexaniki təmizləmə qurğusunun sakitləşdirici kamerasına axıdılması ilə başlayır.
Təmizləmə prosesi (Bax: Əlavə № 4, səh. 2 və səh 3) birinci mərhələdən:- çirkab suyun müxtəlif ölçülü (deşiklərin diametri) süzgəclərdən (filtrlərdən) keçməsi ilə başlayır. Suyun durğunluğu su sıxlığından fərqli sıxlıqda olan maddələrin ayrılması üçün nəzərdə tutulmuşdur. Yəni, bu zaman ağır maddələr suyun dibinə, yüngül maddələr isə onun səthinə toplanır.
İlkin mexaniki təmizləmə
Mexaniki təmizləmə qumayrılması işləmləri üçün istifadə edilir. Burada, stabilizator (durğunlaşdırıcı), yağayırıcı və digər qurğulardan istifadə olunur. Bu qurğularda əsasən iri dənəli birləşmələr (əlavələr) təmizləyici rolunu oynayır. Mexaniki təmizləmə prosesi prinsipial olaraq aşağıdakı şəkildə verilmişdir:
Mexaniki təmizləmə köməyi ilə çirkab məişət sularını 65 %-dək, sənaye çirkab sularını isə 95 %-dək təmizləmək mümkündür. Bu metodun əsas vəzifəsi çirkab suları sonrakı təmizləmə mərhələlərinə hazırlamaqdır. Bu metod həmişə özünü doğrultmuşdur (həm də, bahalı olmayan çixar-işlənən materiallar hesabına).
Mexaniki-kimyəvi təmizləmə.
Bu metod özündə kimyəvi reagentlərin flotasiya qurğusunu və kolloidli kaoqulyantları birləşdirir. Təzyiqli floatator qurğusu (Bax:Əlavə № 4, səh. 6) neft məhsullarının, asılı vəziyyətdə qalan maddələrin, yağların və analoji (oxşar) çirklənmələrin təmizlənməsi (ayrılması) üçün nəzərdə tutulmuşdur. Bu qurğuda təmizlənmiş suyun sirkulyaisya olunması sxemi realizə olunmuşdur (Bax: Video).
Əvvəlcə, çirkab su nasos vasitəsi ilə flotatora ötürülür. Burada, reagentin (Bax: Əlavə № 4, səh. 7) başlanğıc prosesi həyata keçirilir.
Kinematik sxemdən göründüyü kimi, flotator – separator qurğusunun yaxınlığında suyun kimyəvi təmizlənməsi üçün kimyəvi maddələrin yerləşdiyi konteynerlər (Əlavə № 4, səh. 7) və bu maddələrin sistemə verilməsi üçün nəzərdə tutulan, kompüter vasitəsi ilə idarə olunan xüsusi dozator nasosları yerləşdirilmişdir. Hər bir çirkab suyun konkret tərkibindən asılı olaraq, onun təmizlənməsi texnologiyasına uyğun olaraq, bu dozatorlar xüsusi Proqram Təminatı əsasında tələb olunan reagentləri (kimyəvi maddələri) sıxılmış hava vasitəsilə sistemə - separatora ötürür.
Su-hava qarışığının hazırlanması bu qayda ilə həyata keçirilir:
Nasos (30÷50) % təmiz suyu götürərək onu hava ilə qarışdırır. Hava sirkulyasiya nasosunun ejektoru vasitəsilə verilir. Su-hava qarışığı (5÷6) atm təzyiqlə saturatora daxil olur. Burada havanın həll olması baş verir. Alınmış qarışıq aşağı hissədən flotasiya kamerasının girişinə ötürülür. Təzyiq düşdüyü zaman həll olmuş hava sudan mikro qabarçıqlar şəklində ayrılır. Bu zaman mikro qabarcıqlar çirkli maddələrin hissəciklərə hopmaqla onları flotasiya zonasının səthinə qaldırır.

