Müxtəlıf zərərlı maddələrlə (o cümlədən neft məhsulları ılə) çırklənmış ıstehsal tullantı suların flotasıya metodu əsasında təmızlənməsı prosesının qısa təsvırı.

Neft quyularından hasil olan lay suları müvafiq terminallarda xüsusi çənlərə yığılır. Bu çənlərdəki sular çənli avtomobillər vasitəsilə ya birbaşa, ya da çən vaqonlarına vurularaq, dəmir yolu vasitəsi ilə şirkətin su təmizləyici stansiyasına daşınır.

Suların qəbulu (boşaldılması) təmizləyici qurğuların texnoloji prosesinin tələblərinə uyğun olaraq həyata keçirilir.

Рисунок в тексте

Иллюстрация

Qeyd olunan su təmizləyici stansiyada çirkab suların qəbulu və boşaldılması üçün tələb olunan bütün zəruri texniki vasitələr (əlavə dəmir yol xətləri, estakadalar, müvafiq su nasosları, birləşdirici şlanqlar, ventillər və sairə) mövcuddur. (Əlavə № 4, səh.1)

Stansiyasının ərazisində daşınan çirkab suların qəbulu üçün tutumu 1000 m3 olan, bu həcmdə suyun tələb olunan təmizləmə texnoloji tsiklinin texniki (həcmi - konstruktiv) tələblərinə tam uyğun olan, çən (rezervuar) nəzərdə tutulmuşdur (Əlavə № 4, səh.4)

Suyun təmizlənməsi texnoloji tsikli (Əlavə № 4, səh. 2 və səh 3) onun birləşdirici boru (Ø 159 mm) vasitəsi ilə mexaniki təmizləmə qurğusunun sakitləşdirici kamerasına axıdılması ilə başlayır.

Təmizləmə prosesi (Bax: Əlavə № 4, səh. 2 və səh 3) birinci mərhələdən:- çirkab suyun müxtəlif ölçülü (deşiklərin diametri) süzgəclərdən (filtrlərdən) keçməsi ilə başlayır. Suyun durğunluğu su sıxlığından fərqli sıxlıqda olan maddələrin ayrılması üçün nəzərdə tutulmuşdur. Yəni, bu zaman ağır maddələr suyun dibinə, yüngül maddələr isə onun səthinə toplanır.

İlkin mexaniki təmizləmə

Mexaniki təmizləmə qumayrılması işləmləri üçün istifadə edilir. Burada, stabilizator (durğunlaşdırıcı), yağayırıcı və digər qurğulardan istifadə olunur. Bu qurğularda əsasən iri dənəli birləşmələr (əlavələr) təmizləyici rolunu oynayır. Mexaniki təmizləmə prosesi prinsipial olaraq aşağıdakı şəkildə verilmişdir:

Mexaniki təmizləmə köməyi ilə çirkab məişət sularını 65 %-dək, sənaye çirkab sularını isə 95 %-dək təmizləmək mümkündür. Bu metodun əsas vəzifəsi çirkab suları sonrakı təmizləmə mərhələlərinə hazırlamaqdır. Bu metod həmişə özünü doğrultmuşdur (həm də, bahalı olmayan çixar-işlənən materiallar hesabına).

Mexaniki-kimyəvi təmizləmə.

Bu metod özündə kimyəvi reagentlərin flotasiya qurğusunu və kolloidli kaoqulyantları birləşdirir. Təzyiqli floatator qurğusu (Bax:Əlavə № 4, səh. 6) meft məhsullarının, asılı vəziyyətdə qalan maddələrin, yağların və analoji (oxşar) çirklənmələrin təmizlənməsi (ayrılması) üçün nəzərdə tutulmuşdur. Bu qurğuda təmizlənmiş suyun sirkulyaisya olunması sxemi realizə olunmuşdur (Bax: Video).

Əvvəlcə, çirkab su nasos vasitəsi ilə flotatora ötürülür. Burada, reagentin (Bax: Əlavə № 4, səh. 7) başlanğıc prosesi həyata keçirilir.

Kinematik sxemdən göründüyü kimi, flotator – separator qurğusunun yaxınlığında suyun kimyəvi təmizlənməsi üçün kimyəvi maddələrin yerləşdiyi konteynerlər (Əlavə № 4, səh. 7) və bu maddələrin sistemə verilməsi üçün nəzərdə tutulan, kompüter vasitəsi ilə idarə olunan xüsusi dozator nasosları yerləşdirilmişdir. Hər bir çirkab suyun konkret tərkibindən asılı olaraq, onun təmizlənməsi texnologiyasına uyğun olaraq, bu dozatorlar xüsusi Proqram Təminatı əsasında tələb olunan reagentləri (kimyəvi maddələri) sıxılmış hava vasitəsilə sistemə - separatora ötürür.

Su-hava qarışığının hazırlanması bu qayda ilə həyata keçirilir:

Nasos (30÷50) % təmiz suyu götürərək onu hava ilə qarışdırır. Hava sirkulyasiya nasosunun ejektoru vasitəsilə verilir. Su-hava qarışığı (5÷6) atm təzyiqlə saturatora daxil olur. Burada havanın həll olması baş verir. Alınmış qarışıq aşağı hissədən flotasiya kamerasının girişinə ötürülür. Təzyiq düşdüyü zaman həll olmuş hava sudan mikro qabarçıqlar şəklində ayrılır. Bu zaman mikro qabarcıqlar çirkli maddələrin hissəciklərə hopmaqla onları flotasiya zonasının səthinə qaldırır.

Рисунок в тексте

Иллюстрация

Çirkab suların təmizlənməsinin yekun mərhələsi

Təmizlənmiş su qəbul kamerasına daxil olur. Burada, o, növbəti təyinat məntəqəsində öz axını ilə qovuşur. Prosesin sonunda toksiki kimyəvi maddələrin toplanması və utilizasiya olunması qəbul olunmuş metodika əsasında (standartlara uyğun olaraq) həyata keçirilir ( Əlavə № 4, səh.9).

Separatorda (Əlavə № 4, səh.8) suyun tərkibindəki zərərli maddələrin ayrılma prosesi baş verir. Separatordan çixan su, onun tərkibindən ayrılmış zərərli maddələrin dəf edilməsi üçün flotasiya qurğusuna ötürülür. Burada, bu zərərli maddələrin tutulması məqsədilə sistemə müvafiq əlavə kimyəvi maddələr vurulur. Nəticədə zərərli maddələr – tullantılar “çürüyərək” elektrolitlər ətrafında birləşərək suyun üzərinə qalxır (toplanır) və buradan da xüsusi kameralara yığılır ( Əlavə № 4, səh.9). Buradan bu maddələr xüsusi nasosla sıxma aparatına ötürülür.

Sıxma aparatında tullantılar sıxılaraq şlam vəziyyətinə gətirilir. Bu kameralarda şlamlar çox yığıldıqda, onlar oradan götürülərək, utilizasiya olunması üçün, aidiyyatı olan müəssisələrə göndərilir (Müqavilə əsasında).

F

lotasiya qurğusunda kimyəvi təmizləmədən keçmiş su tutumu 60 m3 olan birinci çənə axıdılır. Burada su sabit (durğun) vəziyyətə gətirilir və xlorlama prosesi başlayır. Çəndə olan xüsusi süzgəc vasitəsilə su bir daha təmizlənir və sxemdə göründüyü kimi ikinci 60 m3 tutumlu çənə ötürülür (Əlavə № 4, səh.5).

Tutumları 60 m3 olan bu çənlər bir-biri ilə daxilində süzgəc olan boru vasitəsi ilə birləşmişlər. Sonuncu çəndən su nasos vasitəsilə filtrlərə (süzgəclərə) ötürülür. Təmizləyici qurğu sistemində bu cür dörd ədəd süzgəc quraşdırılmışdır. Bu süzgəclərin ikisi 60 m3 (Əlavə № 4, səh.5), digər ikisi isə 120 m3 su süzmə (təmizləmə) gücünə malikdir (Əlavə № 4, səh.10).

Qəbul edilən suyun həcmindən asılı olaraq bu süzgəclər sistemə qoşulurlar. Zərurət olduqda, bu süzgəclərin hamısı 24 saat müddətində işə qoşula bilirlər. Onlar bir –biri ilə iki qrup olaraq ardıcıl birləşmişlər. Hər bir qrupda, su, ilk öncə kömür süzgəcdən keçirilir. Bu halda suda mövcud olan pis qoxu aradan götürülür. İkinci mərhələdə su dörd pilləli (müxtəlif fraksiyalı -ölçülü) qum qatına malik süzgəclərdən keçirilir. Bu süzgəclərdən keçən (süzülən) suyun tərkibindən xlorlaşmadan sonra ayrılan maddələr və xlor təmizlənir. Süzgəclərdən keçən sudan, laboratoriyada analiz olunması üçün, nümunələr götürülür.

Analizlərin nəticəsi müvafiq qəbul olunmuş standartlara (Əlavə № 4, səh.11), uyğun gəldikdə, zərərli maddələrdən təmizlənmiş su kanalizasiya xəttinə axıdılır.

Təmizlənmiş su hər dəfə mövcud qəbul olunmuş standartlara uyğun olaraq, suda mövcud olan zərərli maddələr nəzərə alınmaqla, analiz edilir (Əlavə № 4, səh.11). Müsbət analizə malik təmizlənmiş su ya texniki məqsədlərlə təkrar istifadəyə verilir və ya kanalizasiyaya axıdılır.

Bizimlə əlaqə