MÜXTƏLIF ZƏRƏRLI MADDƏLƏRLƏ (O CÜMLƏDƏN NEFT MƏHSULLARI ILƏ) ÇIRKLƏNMIŞ ISTEHSAL TULLANTI SULARIN FLOTASIYA METODU ƏSASINDA TƏMIZLƏNMƏSI PROSESININ QISA TƏSVIRI

Neft quyularından hasil olan lay suları Sanqaçal terminalında xüsusi çənlərə yığılır. Bu çənlərdəki sular çənli avtomobillər vasitəsilə ya birbaşa, ya da Qaradağ stansiyasındakı çən vaqonlarına vurularaq, dəmir yolu ilə bizim Biləcəridəki su təmizləyici qurğularına daşınır.

Bu suların çən vaqonları vasitəsi ilə qeyd olunan su təmizləyici stansiyasına daşınması, istər Qaradağ dəmir yol stansiyasında, istərsə də Biləcəri təmizləyici stansiyasında, qəbulu və boşaldılması üçün, qeyd olunan stansiyalar tələb olunan bütün zəruri texnikui vasitələrlə (əlavə dəmir yol xətləri, estakadalar, müvafiq su nasosları, birləşdirici şlanqlar, ventillər və sairə) təchiz edilmişdir (Əlavə № 1).

Biləcəri yuyucu-buxarlayıcı stansiyasının ərazisində daşınan suların qəbulu üçün tutumu 1000 m3 olan, bu həcmdə suyun tələb olunan təmizləmə texnoloji tsiklinin texniki (həcmi - konstruktiv) tələblərinə tam uyğun olan, çən (rezervuar) nəzərdə tutulmuşdur (Əlavə № 4).

Suların qəbulu (boşaldılması) təmizləyici qurğuların texnoloji prosesinin tələblərinə uyğun olaraq həyata keçirilir.

Suyun təmizlənməsi texnoloji tsikli (Əlavə № 2Əlavə № 3) onun birləşdirici boru (Ø 159 mm) vasitəsi ilə mexaniki təmizləmə qurğusunun sakitləşdirici kamerasına axıdılması ilə başlayır (Əlavə № 5). Burada xüsusi kameralar vasitəsilə suda olan neft qarışıqları tutulur, qum dənəcikləri çökdürülərək mexaniki təmizləmə prosesi başa çatdırılır. Bundan sonra, xüsusi nasoslar vasitəsilə su təmizləyici qurğunun sahəsində yerləşən, tutumu 1000 m3 olan çənə vurulur. Buradan su, sonrakı təmizlənməyə flotator- separator qurğusuna ötürülür (Əlavə № 6).

Kinematik sxemdən göründüyü kimi, flotator – separator (Video - FLOTATOR) qurğusunun yaxınlığında suyun kimyəvi təmizlənməsi üçün kimyəvi maddələrin yerləşdiyi konteynerlər (Əlavə № 7) və bu maddələrin sistemə verilməsi üçün nəzərdə tutulan, kompüter vasitəsi ilə idarə olunan xüsusi dozator nasosları yerləşdirilmişdir.

Hər bir konkret suyun tərkibindən asılı olaraq onun təmizlənməsi texnologiyasına uyğun olaraq bu dozatorlar xüsusi Proqram Təminatı əsasında tələb olunan reagentləri (kimyəvi maddələri) sıxılmış hava vasitəsilə sistemə - separatora ötürür.

Separatorda (Əlavə № 8) suyun tərkibindəki zərərli maddələrin ayrılma prosesi baş verir. Separatordan çixan su, onun tərkibindən ayrılmış zərərli maddələrin dəf edilməsi üçün flotasiya qurğusuna ötürülür. Burada, bu zərərli maddələrin tutulması məqsədilə sistemə müvafiq əlavə kimyəvi maddələr vurulur. Nəticədə zərərli maddələr – tullantılar “çürüyərək” elektrolitlər ətrafında birləşərək suyun üzərinə qalxır (toplanır) və buradan da xüsusi kameralara yığılır (Əlavə № 9). Buradan bu maddələr xüsusi nasosla sıxma aparatına verilir.

Sıxma aparatında tullantılar sıxılaraq şlam vəziyyətinə gətirilir. Bu kameralarda şlamlar çox yığıldıqda, onlar oradan götürülərək, utilizasiya olunması üçün, aidiyyatı olan müəssisələrə göndərilir (Müqavilə əsasında). Flotasiya qurğusunda kimyəvi təmizləmədən keçmiş su tutumu 60 m3 olan birinci çənə axıdılır. Burada su sabit (durğun) vəziyyətə gətirilir və xlorlama prosesi başlayır. Çəndə olan xüsusi süzgəc vasitəsilə su bir daha təmizlənir və sxemdə göründüyü kimi ikinci 60 m3 tutumlu çənə ötürülür (Əlavə № 5).

Tutumları 60 m3 olan bu çənlər bir-biri ilə daxilində süzgəc olan boru vasitəsi ilə birləşmişlər. Sonuncu çəndən su nasos vasitəsilə filtrlərə (süzgəclərə) ötürülür. Təmizləyici qurğu sistemində bu cür dörd ədəd süzgəc quraşdırılmışdır. Bu süzgəclərin ikisi 60 m3 (bax: Əlavə 5), digər ikisi isə 120 m3 su süzmə (təmizləmə) gücünə malikdir (Əlavə № 10).

Qəbul edilən suyun həcmindən asılı olaraq bu süzgəclər sistemə qoşulurlar. Zərurət olduqda, bu süzgəclərin hamısı 24 saat müddətində işə qoşula bilirlər. Onlar bir –biri ilə iki qrup olaraq ardıcıl birləşmişlər. Hər bir qrupda, su, ilk öncə kömür süzgəcdən keçirilir. Bu halda suda mövcud olan pis qoxu aradan götürülür. İkinci mərhələdə su dörd pilləli (müxtəlif fraksiyalı -ölçülü) qum qatına malik süzgəclərdən keçirilir. Bu süzgəclərdən keçən (süzülən) suyun tərkibindən xlorlaşmadan sonra ayrılan maddələr və xlor təmizlənir. Süzgəclərdən keçən sudan, laboraroriyada analiz olunması üçün, nümunələr götürülür.

Analizlərin nəticəsi müvafiq qəbul olunmuş standartlara (Əlavə № 11), uyğun gəldikdə, zərərli maddələrdən təmizlənmiş bu su kanalizasiya xəttinə axıdılır.

Bizimlə Əlaqə Saxlayın
WhatsApp chat