Bizim “AZGERSU” MMC şirkəti (VÖEN: 1002887281- Əlavə №1) Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq Bakı şəhəri Vergi Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 01.04.2013-сü ildə qeydiyyata alınmışdır (Qeydiyyat nömrəsi: 1301020011861900 - Əlavə №2).
Bizim şirkət Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin qadağan olmayan müxtəlif növlü kommersiya fəaliyyəti ilə məşğuldur. Lakin, fəaliyyətimizin əsas istiqaməti neft məhsulları və müxtəlif zərərli (toksik) kimyəvi maddələrlə çirklənmiş sənaye çirkab suların təmizlənməsi üzrə sənaye müəssisələrinə xidmət göstərməkdən ibarətdir.
Bu xidmətlər bizim şirkət tərəfindən, şirkətin Nizamnaməsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş, toksiki istehsalat tullantılarının utilazasiyasına dair Lisenziyalar əsasında (Sonuncu Lisenziya № EL-560/2018 25 dekabr 2018-bi ildə verilmişdir - Əlavə №3) yerinə yetirir.
Tərəfimizdən yerinə yetirilən bu tip xidmətlərə misal olaraq Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (AİOC) ilə bağlanmış C-08-AİOC-158133 №-li Müqavilə əsasında göstərilmiş xidmətləri misal göstərmək olar. Bu Müqavilə əsasında, işlədiyimiz müddətdə 120.000 m3-ə qədər lay sularının təmizlənməsi və utilizasiyası xidməti göstərmişik.
Hal-hazırda bu profilli işlərin yerinə yetirilməsi üçün şirkətimizin ixtiyarında gündəlik məhsuldarlığı 1300 m3 - dək olan, bütün mümkün toksik və kimyəvi maddələrlə (eyni zamanda neft məhsulları ilə) çirklənmiş sənaye çirkab suların təmizlənməsi üçün bütün hazırkı standartlara və texniki şərtlərə cavab verən, müvafiq təmizləyici avadanlıqlarla təchiz olunmuş xüsusi istehsalat sahəsi vardır.
Bundan başqa, qarşımıza qoyulan vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün yüksək ixtisaslı və bilikli işçi personalı və bütün zəruri texniki vasitələr və materiallar (kimyəvi reagentlər) imkanlarımız da mövcuddur.
Qeyd olunan istehsalat sahəsində, çirkab suların təmizlənməsi üzrə, aparılan texnoloji proseslərin qısa təsviri hazırkı məlumata ayrıca əlavə olunmuşdur (Əlavə № 4-ə).
Mövcud istehsalat imkanlarımızı nəzərə alaraq, sənaye çirkab suların təmizlənməsi sahəsində, qarşılıqlı mənfəət götürmək və əməkdaşlıq prinsipləri əsasında, biz öz xidmərlərimizi bu sahədə marağı olan hər bir müəssisəyə təklif edirik.
“AZGERSU” MMC olaraq gələcəkdə bizə etibar edələcək bütün işlərin-sifarişlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə zəmanət veririk.
Bizimlə Əlaqə Saxlayın
WhatsApp chat